Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb - <span style="color: red;">FOTO
# 25 fevral 2015 14:15 (UTC +04:00)

Bakı-APA. Silahlı Qüvvələrin Hərbi Akademiyasında 1992-ci ilin fevral ayının 26-da erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.

Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu xüsusi vurğulayıb.

Sonra Qarabağ Araşdırmalar Mərkəzinin direktoru, dosent Elçin Əhmədov çıxış edib.

Tədbir Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filminin nümayişi ilə sona çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR