ABŞ İrana qarşı sanksiyaları daha bir il müddətinə artırdı

ABŞ İrana qarşı sanksiyaları daha bir il müddətinə artırdı
# 13 mart 2013 03:36 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama 1995-ci ildə İrana qarşı qəbul olunmuş sanksiyaları daha bir il müddətinə artırılması barədə sərəncam imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə martın 12-də Ağ Evin mətbuat katibliyi açıqlama verib.

Sərəncama əsasən, “sanksiyaların müddəti ona görə uzadılır ki, İran hökumətinin addımları və siyasəti ABŞ-ın regiondakı maraqlarına ziddir və ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına qeyri ordinar və xüsusi təhlükə yaratmaqdadır”.

ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR