Ermənistanda KTMT Akademiyasının yaradılması barədə anlaşma memorandumu imzalanıb

Ermənistanda KTMT Akademiyasının yaradılması barədə anlaşma memorandumu imzalanıb
# 29 yanvar 2013 11:33 (UTC +04:00)

APA-nın “newsarmenia.com” saytına istinadən verdiyi məlumata görə, memorandumu təşkilatın baş katibi Nikolay Bordyuja və Ermənistan milli təhlükəsizlik şurasının katibi Artur Bağdasaryan imzalayıblar.

Akademiyanın kurslarında KTMT-ya üzv olmayan ölkələrin nümayəndələri də iştirak edə, təşkilatın təhlükəsizlik təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat ala bilərlər.

A. Bağdasaryan akademiyanın yaradılmasının və onun Ermənistanda yerləşməsinin vacibliyini qeyd edib və müəssisənin bu il fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR