Azərbaycanda müəllimlər və şagirdlər ümumtəhsil məktəblərindən elektron arayış ala biləcəklər

Azərbaycanda müəllimlər və şagirdlər ümumtəhsil məktəblərindən elektron arayış ala biləcəklər
# 11 mart 2015 15:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Elektron Hökumət" portalı üzərindən “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” e-xidmətlərindən faydalanmaq mümkün olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyatı üzrə təqdim edə biləcəklər. Arayışın təsdiqlənməsi üçün QR-koddan istifadə edilir.

“Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.

Bununla da “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR