Bank Of Baku

Masallıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Masallıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
# 12 may 2018 21:39 (UTC +04:00)

Masallıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayon ərazisində baş verən hadisə zamanı 01-BC-270 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil ilə  10-XV-829 dövlət nömrə nişanlı, "Merсedes" markalı avtomobil toqquşub.

 

Nəticədə rayonun Hişkədərə kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Novruzəli oğlu Bədəlov və Şərəfə kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Ağa oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR