Azərbaycan Mərkəzi Bankı gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir

Azərbaycan Mərkəzi Bankı gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir
# 18 noyabr 2014 06:22 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək AMB bazara müdaxilə edə və 500 mln. dollar həcmində xarici valyuta əldə edə bilər. AMB-nin valyuta ehtiyatları bu ilin sonuna 15,5-15,7 mlrd. dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Onun fikrincə, gələn il intervensiya proqnozu nəzərə alınmaqla, 2016-cı ildə AMB-nin valyuta ehtiyatları minimum 17 mlrd. dollar təşkil edə bilər.

AMB valyuta bazarından 2010-cu ildə 1 385 mln. dollar, 2011-ci ildə 4 153 mln. dollar, 2012-ci ildə 1 584 mln. dollar, 2013-cü ildə 2 457 mln. dollar, 2014-cü ilin 6 ayında isə 967,4 mln. dollar məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında AMB-nin sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15163 mln. dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR