Səfir: “Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - FOTO

Səfir: “Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - <span style="color: red;">FOTO
# 01 fevral 2013 09:09 (UTC +04:00)

Bu barədə APA-ya Səudiyyə Ərəbistanının Azərbaycanda missiyası bitən səfiri Səid ibn Əli əl-Düsəri bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını beynəlxalq təşkilatlar dəstəkləyir. Güman edirəm ki, bu, eyni zamanda bir çox ərəb və İslam ölkələrinin mövqeyidir”.

Səudiyyə Ərəbistanının Şimali Qafqazda radikal qrupları maliyyələşdirməsi haqqında Rusiya mediasında səslənən iddialara münasibət bildirən diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı həmişə terrorun, terrorçu və separatçı qrupların əleyhinə olub: “Biz sabitliyi, inkişafı, dialoqu dəstəkləyirik”.

İki ölkə arasında ticarət əlaqələrindən danışan səfir qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi növbəti illərdə artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR