Paşha Bank
Bank Of Baku

Ukrayna Rusiyada “Yandex”in üçüncü data mərkəzinə PUA zərbəsi endirib

Ukrayna Rusiyada “Yandex”in üçüncü data mərkəzinə PUA zərbəsi endirib
# 11 oktyabr 2026 10:40 (UTC +04:00)

Ukrayna Rusiyada “Yandex” şirkətinin üçüncü data mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiyadakı istifadəçilər “Yandex” xidmətlərinin fəaliyyətində yaranan fasilələrdən şikayətlənirlər.

Şirkət Vladimir vilayətində yerləşən data mərkəzinin infrastrukturunun zədələndiyini və fəaliyyətinin tamamilə dayandırıldığını bildirib.

Məlumata görə, PUA hücumundan sonra “Yandex”in bəzi xidmətləri əlçatmaz olub. Rusiyanın bir sıra regionlarında, o cümlədən Sibirdə “Yandex Go”, “Yandex Pay”, “Yandex Yeda”, “Yandex Pro”, “Alisa” və digər xidmətlərin fəaliyyətində fasilələr yaranıb.

Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyevin sözlərinə görə, hücum nəticəsində 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiya da sıradan çıxıb.

Qubernator elektrik təchizatının 80 faizinin, istilik və su təchizatının isə tam bərpa olunduğunu bildirib.

Ukrayna Soçiyə də PUA zərbəsi endirib. Krasnodar diyarının operativ qərargahı PUA qalıqlarının hava limanının ərazisinə düşdüyünü açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl də Ukrayna tərəfindən “Yandex”in Ryazan və Kaluqa vilayətlərində yerləşən data mərkəzlərinə PUA zərbələri endirildiyi bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR