Paşha Bank
Bank Of Baku

Ukraynanın dron hücumlarından sonra Moskva aeroportlarında sıxlıq yaranıb - FOTO

Ukraynanın dron hücumlarından sonra Moskva aeroportlarında sıxlıq yaranıb - FOTO
# 16 oktyabr 2026 16:34 (UTC +04:00)

Moskva aeroportları reyslərin kütləvi gecikmələrindən sonra həddindən artıq dolub.

APA-nın Rusiya bürosu xəbər verir ki, dünən axşam saatlarından başlayaraq dron hücumu təhlükəsi səbəbindən 423 uçuş təxirə salınıb.

Bəzi sərnişinlər uçuşları 13 saatdan çox gözləyib və hava limanında yerdə yatıblar.

Aeroportlarda məhdudiyyətlər Moskva vaxtı ilə saat 5:00-da qaldırılıb, lakin hava limanları hələ də həddindən artıq sərnişinlərə doludur.

Qeyd edək ki, dünən axşam saatlarından başlayaq Ukrayna ordusu Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR