Bank Of Baku

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
# 27 iyun 2026 13:52 (UTC +04:00)

Ukraynanın Rusiyanın Volqoqrad vilayətinə raket hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Volqoqrad qubernatoru Andrey Boçarov bildirib.

Onun sözlərinə görə, raket hücumu nəticəsində ölən şəxs müəssisənin işçisi olub.

Qubernator xilasedicilərin başqa bir işçinin axtarışlarını davam etdirdiyini söyləyib.

Boçarov Ukrayna Silahlı Qüvvələrinin Volqoqradın Krasnooktyabrski rayonundakı istehsal müəssisələrinə zərbə endirdiyini bildirib. O, əlavə edib ki, lokal yanğınlar tez bir zamanda söndürülüb və yaşayış binalarına heç bir ziyan dəyməyib.

Qeyd edək ki, Ukrayna tərəfi Volqoqradda "Titan-Barikadı" hərbi müəssisəsinin "Flaminqo" raketləri ilə vurulduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR