“Expressbank”ın keçirdiyi fotomüsabiqədə səsvermə başlayıb

“Expressbank”ın keçirdiyi fotomüsabiqədə səsvermə başlayıb
# 29 may 2015 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnstagram və Facebook istifadəçiləri arasında keçirdiyi “Gül, Balam” adlı fotomüsabiqənin I mərhələsi sona çatıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, artıq müsabiqənin II mərhələsinə start verilib.

I mərhələnin şərtlərinə görə, mayın 29-dək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi İnstagram səhifələrinə yerləşdirməli idilər.

II mərhələnin şərtlərinə görə isə, seçilən 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilir. Fotolarla bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar:

https://www.facebook.com/media/set/?set=a.945429775507342.1073741832.151990304851297&type=3&uploaded=11 https://www.facebook.com/media/set/?set=a.874228699294117.1073741829.151990304851297&type=3.

İyunun 5-də yekunlaşacaq müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 manat, Visa Gold + 200 manat və Visa Classic + 100 manat təqdim olunacaq.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR