Bakı metrosunun əməkdaşı “İnşaatçılar” stansiyasında ölüb

Bakı metrosunun əməkdaşı “İnşaatçılar” stansiyasında ölüb
# 11 dekabr 2014 10:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “Bakı Metropoliteni” QSC-nin “İnşaatçılar” metro stansiyasında 1952-ci il təvəllüdlü Həlimə Əliyeva adlı şəxs dünyasını dəyişib.

Qurumun İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, H. Əliyeva metropolitendə laborant işləyib.

“Onun əvvəllər də ürəyində problem olub. Vaxtaşırı müalicə alıb. Dünən saat 16:12-də özünü pis hiss edib, təcili yardım çağırılıb. Amma təəssüf ki, onu xilas edə bilməyiblər”, - deyə N. Paşayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR