Əli Həsənov: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalı var”

Əli Həsənov: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalı var”
# 05 aprel 2013 10:15 (UTC +04:00)

Hamı bir məsələni özü üçün dərk etməlidir - narkomanlığa qarşı mübarizə dövlətin təkbaşına aparacağı iş deyil. Bu bütövlükdə Azərbaycan xalqının vəzifəsidir. Mətbuatın, din xadimlərinin, QHT-lərin bu sahədə kifayət qədər imkanları var. Bütün imkanlar işə salınmalıdır. Çünki Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalı var”.

APA-nın xəbərinə görə, bu fikirləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib.

Onun sözlərinə görə, ölkədə icra olunan tikinti layihələri günbəgün artır: “Bu o deməkdir ki, ölkəyə yük daşınması artır. Azərbaycanda demək olar ki, hər gün beynəlxalq tədbirlər keçirilir, gəlib-gedənlərin sayı artır. Ölkəyə gələn turistlərin sayı artır. Bütün bunların hamısı beynəlxalq narkomafiyaya imkan yaradır ki, Azərbaycana müxtəlif növ narkotik vasitələrin daşınmasını artırsınlar. Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan- Pakistan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutları ilə və işğal altında olan ərazilərə Əfqanıstandan birbaşa İran vasitəsilə narkotiklər daşınır. 4 beynəlxalq marşrut vasitəsilə Azərbaycan ərazisindən narkotik vasitələr keçir. Son vaxtlar bu marşrutlarla daşınmaların həcmi artıb. Burada dünya erməni diasporunun əli var. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal etməklə, ideoloji müharibə aparmaqla kifayətlənməyərək, bizim genefondumuzu, gələcəyimizi korlamaqla məşğuldur. Ona görə bütün ictimaiyyət bu problemin həllinə qoşulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR