Azərbaycan və İsveçrə birgə müəssisə yaradıb

 Azərbaycan və İsveçrə birgə müəssisə yaradıb
# 22 iyul 2014 09:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İsveçrənin qatar istehsalçısı "Stadler Rail" şirkəti və Azərbaycanın "International Railway Distribution LLC" şirkəti birgə müəssisə təsis edib.

APA-Economics”in "Stadler Rail"ə istinadən xəbərinə görə, müəssisədə səhmlərin payı 51%-49% üzrə bölüşdürüləcək. "Stadler Rail" şirkəti bildirib ki, bununla da MDB məkanında öz iştirakını genişləndirməyi, nəqliyyatın yükünü daha çox dəmir yol nəqliyyatına köçürməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin iyun ayında İsveçrə şirkəti Azərbaycanda ilk müqaviləsini imzalayıb. Müqaviləyə əsasən, şirkət Gəncə şəhərində dəmir yolu üçün yataq və oturacaq tipli sərnişin vaqonlarının istehsalı və texniki xidməti məqsədilə müştərək müəssisənin yaradılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR