"Rabitəbank" krediti ABŞ dollarında olan müştərilərinə güzəşt edir

"Rabitəbank" krediti ABŞ dollarında olan müştərilərinə güzəşt edir
# 06 mart 2015 07:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rabitəbank" ASC istehlak və mikrokrediti ABŞ dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəştin edilməsi imkanı yaradır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq. Bu güzəştdən faydalanmaq üçün krediti ABŞ dollarında olan müştərilər kredit aldıqları “Rabitəbank” filiallarına müraciət etməlidirlər.

Daha ətraflı məlumatı “Rabitəbank”ın “133 Məlumat Mərkəzi”ndən əldə etmək mümkündür!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR