Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 05 avqust 2014 13:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 7,4 və 3,5% ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, birillik bitkilərdən açıq sarı qarğıdalının istehsalçı qiymətləri 29,4%, qarğıdalı dəninin 22,6%, tərxunun 18,8%, yoncanın 5,2%, quru otun istehsalçı qiymətləri 2,4% bahalaşıb, pomidorun 32,6%, payızlıq bərk buğda toxumunun 27,5%, bibərin 25,5%, qarpız və yemişin 21,4%, noxudun 20,0%, badımcanın 15,6%, baş sarımsağın 12,5%, payızlıq arpa dəninin istehsalçı qiymətləri isə 8,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən şaftalının 23,2%, gavalı və göyəmin 18,5%, alçanın 15,8%, armudun 14,0%, almanın 11,8%, albalı və gilasın 11,2%, fındığın istehsalçı qiymətləri 10,8% ucuzlaşıb, moruq və böyürtkənin 79,4%, süfrə üzümünün 43,4%, limonun istehsalçı qiymətləri 12,9% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 21,6%, arı ailəsinin 14,3%, dişi dananın 2,9%, cöngənin 2,4%, təbii balın istehsalçı qiymətləri 0,9% bahalaşıb, erkək qazın 22,2%, yumurtalıq-ətlik və ətlik cinsli toyuqların 11,1%, donuz ətinin (diri çəkidə) 10,1%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun isə istehsalçı qiymətləri 2,4% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR