ABŞ-da 13 il əvvəl itkin düşmüş şəxs tapılıb

ABŞ-da 13 il əvvəl itkin düşmüş şəxs tapılıb
# 05 noyabr 2015 13:16 (UTC +04:00)

Bakı - APA. ABŞ polisi 13 il əvvəl itkin düşmüş şəxs tapıb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, 2002-ci ildə 5 yaşlı Xulian Ernandesin atası tərəfindən qaçırıldığı məlum olub.

18 yaşlı X. Ernandes kollecə sənədlərini təqdim edəndə, sosial sığorta kartını göstərərkən diqqət çəkib. Əməliyyat qrupu gəncin özünün və atasının uydurma adlar altında Ohayo ştatında yaşadığını müəyyənləşdirib.

Qeyd edək ki, anasının himayəsinə verilən X. Ernandes 2002-ci ildə 5 yaşı olarkən Alabama ştatında itkin düşüb.

Xulianın atası Bobbi Ernandes Ohayo ştatının hakimiyyət nümayəndələri tərəfindən saxlanılıb. Ona saxta sənədlər düzəltmək ittihamı ilə cinayət işi açılıb. Alabama ştatında isə ona uşaq oğurluğuna görə cinayət işinin açılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR