«Access Bank» son bir ildə depozit portfelini 21% artırıb

«Access Bank» son bir ildə depozit portfelini 21% artırıb
# 22 oktyabr 2012 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin kredit portfelinin həcmi 2012-ci il oktyabrın 1-nə 367,059 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,7% oxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 33,4% artaraq 40,274 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 1,9% artaraq 2,851 mln. manat olub.

Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 21% artaraq 132,611 mln. manata, o cümlədən müddətli depozitlər 0,47% artaraq 88,578 mln. manata, tələb olunanadək depozitlər 2 dəfə artaraq 44,033 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 14% azalaraq 87,385 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR