Azərbaycan Ordusunun zabiti piyadanı vurub

Azərbaycan Ordusunun zabiti piyadanı vurub
# 30 oktyabr 2012 06:58 (UTC +04:00)
Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Gəncə şəhəri ərazisində, şəhər sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, Goranboy rayon sakini Duman Əsgərovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Polisdən həmçinin bildirilib ki, qəza törədən sürücü E. Qurbanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin baş leytenantıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR