Ekspert: «Azərbaycanda domen adlarının sayının artırılması üçün qeydiyyat qiyməti aşağı salınmalıdır»

Ekspert: «Azərbaycanda domen adlarının sayının artırılması üçün qeydiyyat qiyməti aşağı salınmalıdır»
# 31 oktyabr 2012 08:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov bildirib.

Onun sözlərinə görə, əgər 1993-cü ildə ölkədə domen adlarının sayı 500-dən aşağı, qeydiyyat qiyməti isə 500 dollar təşkil edirdisə, 2000-ci ildə bu göstəricilər müvafiq olaraq 1000-1500 və 100 dollar, 2007-ci ildə 3000 və 60 dollar, 2012-ci ildə isə 15000 və 60 dollar təşkil edib: «Göründüyü kimi, son 5-6 il ərzində domen adlarının sayı 5 dəfə artsa da, qiymət endirilməyib».

V.Qasımov əhalinin sayına görə Azərbaycanı Belarusla (9,5 mln. nəfər) müqayisə edib və bildirib ki, hazırda Belarusda 50 min domen adı (*.by) mövcuddur, qeydiyyatın qiyməti isə 12 dollar təşkil edir: «Biz milli domen zonasında domen adlarının artırılmasını istəyiriksə, qeydiyyat qiymətini aşağı salmalıyıq və qeydiyyatı on-line şəkildə təşkil etməliyik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR