Edam cəzasına məhkum edilmiş məhbusların yaxınları İranın ali dini liderinin evinin qarşısına toplaşıblar

Edam cəzasına məhkum edilmiş məhbusların yaxınları İranın ali dini liderinin evinin qarşısına toplaşıblar
# 17 oktyabr 2012 16:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda edam cəzasına məhkum edilmiş məhbusların ailə üzvləri və qohumlarından ibarət qırxa yaxın etirazçı bu gün ölkənin ali dini lideri Ayətullah Xamneyinin Tehran şəhərində yerləşən evinin qarşısına toplaşıblar. APA-nın HRANA-ya istinadən məlumatına görə, etirazçılar Ayətullah Xamneyinin məhkəmənin ölüm hökmü çıxardığı 10 nəfəri əfv etməsini istəyiblər. Lakin evin məsul şəxsi onlara növbəti dəfə müsbət cavab verməyib. Aksiyaçılara “Buradan gedin. Bu məsələnin bizə aidiyyatı yoxdur, siz parlamentin qarşısında toplaşın”, - deyə bildirilib.
Qeyd edək ki, edama məhkum edilmiş məhbusların qohumları oktyabrın 3 və 10-da da dini liderin evinin qarşısına eyni məqsədlə toplaşıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR