Qubada iki maşın toqquşub, yaralılar var

Qubada iki maşın toqquşub, yaralılar var
# 22 oktyabr 2012 07:23 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 164-cü kilometrliyində, Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Quba şəhər sakini Sadıqov Elnur Cavanşir oğlunun idarə etdiyi 90 CA 059 dövlət nömrə nişanlı “VAZ 21 015” markalı nəqliyyat vasitəsi ilə 1939-cu il təvəllüdlü Quba şəhər sakini Məcidov Sədul Abdul oğlunun idarə etdiyi 40 BA 074 dövlət nömrə nişanlı “VAZ 21 099” markalı avtomobil toqquşub. Qəza zamanı sərnişin - 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Əlizamin Abdulov və “VAZ 21 099”-un sürücüsü Sədul Məcidov xəsarət alaraq Quba Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR