Paşha Bank
Bank Of Baku

Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir

Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir
# 10 oktyabr 2026 04:48 (UTC +04:00)

Yunanıstan və İspaniya istismar müddəti başa çatmaq üzrə olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərini Ukraynaya təhvil verməkdən imtina edir.

“The Telegraph” qəzetinin məlumatına görə, hər iki ölkənin ehtiyatlarında yaxın vaxtlarda istismar müddəti bitəcək raketlər mövcuddur və həmin raketlərin Ukraynaya göndərilməsi mümkündür.

Nəşr qeyd edir ki, NATO üzvü olan Yunanıstan və İspaniya Avropada ən böyük “Patriot” raket ehtiyatlarına malik ölkələr sırasındadır.

Bununla belə, Kiyevin hava hücumundan müdafiə vasitələrinə ciddi ehtiyac duymasına baxmayaraq, bu ölkələr raketləri Ukraynaya vermirlər.

Qəzetin yazdığına görə, Ukrayna müharibə dövründə Rusiyanın ən intensiv uzaqmənzilli bombardmanlarından qorunmaq üçün əlavə raketlərin göndərilməsini tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR