Bakı Dairəvi yolunda avtobusun iştirakı ilə ağır qəza olub, xəsarət alanlar var - FOTOSESSİYA - VİDEO

Bakı Dairəvi yolunda avtobusun iştirakı ilə ağır qəza olub, xəsarət alanlar var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 mart 2015 23:26 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücünün Lökbatan qəsəbəsindən Bakı beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra "Mercedes" Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində "Mercedes"dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar.

Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR