Fevralda Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin renkinqinə "Paşa Kapital" başçılıq edib

Fevralda Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin renkinqinə "Paşa Kapital" başçılıq edib
# 11 mart 2015 10:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital” MMC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 110 mln. 298 min 614,21 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 25 mln. 849 min 046,49 manat olan broker xidmətləri göstərmiş “Çelsi Kapital” MMC tutub. Renkinqdə üçüncü yerdə 18,395 mln. manatla “Unicapital” ASC qərarlaşıb.

Brokerlərin fevral ayı üzrə renkinqi:

Xidmətlərin həcminə görə yeri

Brokerlər

Əməliyyatlarının həcmi (AZN)

1 - (1)

Paşa Kapital MMC

110 298 614.21

2 - (4)

Çelsi Kapital MMC

25 849 046.49

3 - (2)

Unicapital ASC

18 395 904.12

4 - (3)

Texnika Kapital Menecment MMC

10 393 545.10

5 - (-)

Brokdil-AZ MMC

8 145 477.40

6 - (5)

Standard Kapital MMC

1 430 247.40

7 - (-)

İNVEST-AZ MMC

55 000.00

(Fevral 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR