İran daha bir pilotsuz təyyarə ələ keçirdiyini açıqlayıb

İran daha bir pilotsuz təyyarə ələ keçirdiyini açıqlayıb
# 23 fevral 2013 22:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran daha bir pilotsuz təyyarə ələ keçirdiyini bəyan edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı, general-mayor Həmid Sərxeyli açıqlama verib. Onun sözlərinə görə, fevralın 23-də İranın cənub-şərqində keçirilən “Uca Peyğəmbər 8” hərbi manevrlər çərçivəsində İranın havadan müdafiə sistemləri xarici ölkəyə məxsus pilotsuz təyyarələrin ölkə sərhədlərini pozduğunu qeydə alıb: “SEPAH qüvvələri təlimin keçirildiyi əraziyə daxil olan bu təyyarələrdən birini zərərsizləşdirməyi və heç bir ziyan dəymədən yerə endirməyi bacarıb”. Ancaq H. Sərxeyli zərərsizləşdirilən pilotsuz təyyarənin hansı ölkəyə aid olduğuna dair heç bir məlumat verməyib. Lakin iranlı general həmin təyyarəyə aid videomaterialların yaxın günlərdə nümayiş etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR