Bank Of Baku

COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib

COP30-un icraçı direktoru Ana Toni

© APA | COP30-un icraçı direktoru Ana Toni

# 07 sentyabr 2026 10:39 (UTC +04:00)

"Bakı İqlim Həftəsinə ev sahibliyi və göstərilən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edirəm".

APA xəbər verir ki, bunu COP30-un icraçı direktoru Ana Toni Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qarşıda üç əsas məqsəd var: "Birincisi, çoxtərəfliliyi gücləndirmək, ikincisi, iqlim üzrə görülən işlərin icrasını sürətləndirməkdir. Sonuncu məqsəd isə yerli hökumətlərdən başlayaraq insanlara qədər hər kəsi bir araya gətirməkdir”.

Ana Toni qeyd edib ki, mövcud geosiyasi vəziyyətə baxmayaraq, 194-ə yaxın ölkənin iştirakı ilə 56-ya yaxın qərar qəbul edilib.

O sonda COP29-un Bakıda keçirilməsindən sonra həm şəhərdə, həm də cəmiyyətdə dəyişikliklərin hiss olunduğunu bildirib: “Bu həftə ərzində həll yolları üzərində işləməliyik. Xüsusilə özəl sektorun bu məsələyə daha fəal şəkildə yönləndirilməsi çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR