Böyük Britaniyada helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Böyük Britaniyada helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
# 17 iyul 2016 21:28 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyada helikopter qəzaya uğrayıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident Brayton şəhərinin hava limanında qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR