İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycana səfər edib

İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycana səfər edib
# 10 aprel 2024 20:33 (UTC +04:00)

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR