Latviyanın sabiq prezidenti: Bakının növbəti COP konfransına ev sahibliyi etməsi yaxşı seçimdir

Latviyanın sabiq prezidenti: Bakının növbəti COP konfransına ev sahibliyi etməsi yaxşı seçimdir
# 14 mart 2024 14:04 (UTC +04:00)

"İqlim dəyişikliyi qlobal məsələdir, beynəlxalq ictimaiyyət buna xüsusi diqqət verməlidir”.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə Latviyanın sabiq prezidenti Egils Levits deyib:

“Bakının növbəti COP konfransına ev sahibliyi etməsi yaxşı seçimdir. Çünki Azərbaycan tarixi nəqliyyat qovşağında, yolların kəsişməsində yerləşir".

O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə qlobal ədalət və həmrəylik ən vacib məqamlardır: “Ölkələr birgə şəkildə iqlim dəyişikliyi ilə mübarizədə səy göstərməli, əməkdaşlıq etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR