Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"

Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"
# 24 dekabr 2019 12:35 (UTC +04:00)

“5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə cəlbi 2013-cü illə müqayisədə 24 faizdən 80 faizə qaldırılıb. Bu dövr ərzində 100 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsil ucqar yaşayış məntəqələrində də təmin edilib: "Növbəti ildə məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf edən ölkələrin göstəricisinə uyğundur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR