Hindistanda azı 70 nəfər leysan yağışlarından ölüb

Hindistanda azı 70 nəfər leysan yağışlarından ölüb
# 31 iyul 2016 01:45 (UTC +04:00)

Bakı-APA. Hindistanın şimal və şərq bölgələrində son bir neçə gün ərzində azı 70 nəfər leysan yağışların və onun fəsadlarının qurbanı olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Assam ştatında 29 nəfər boğulub, Odişa ştatında 27 nəfər ildırım vurması nəticəsində ölüb, daha 3 nəfər Meqhalaya ştatında daşqınların qurbanı olub.

Paytaxt Dehlidə yolların çoxu bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR