Bakı COP-29-un öhdəsindən gələcək.
APA Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkəmizdə dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Kasım-Jomart Tokayev xüsusilə vurğulayıb ki, Astana ilə Bakı yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirir və birgə fəaliyyətin yeni sahələrini inkişaf etdirir: “Biz indicə ticarət-iqtisadi, investisiya sahələrində əməkdaşlığımız, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı şəkildə müzakirə etdik və ümumi nəticələr çıxardıq.
Bu onu deməyə əsas verir ki, Qazaxıstanla Azərbaycan əslində strateji tərəfdaş və müttəfiq dövlətlərdir”.
Tokayevin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “İmzalanmış sənədlər və sazişlər şəklində bu gün əldə olunacaq razılaşmaların həyata keçirilməsi ilə hökumətlərin məşğul olacağını nəzərə alsaq, bu baxımdan gözəl perspektivlər mövcuddur”.
Qazaxıstan rəhbəri bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməklə bağlı Azərbaycanın dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edib: “Bu, Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Bakı bu işin öhdəsindən gələcək”.
Qazaxıstan lideri: Bakı COP-29-un öhdəsindən gələcək
11 mart 2024 16:58 (UTC +04:00)
COP29
COP29 Azərbaycan Sədrliyinin Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır
12:12
29 may 2024
Lavrovun müavini: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir"
09:01
29 may 2024
İsxak Hersoq COP29-da iştirak edəcək
17:02
27 may 2024
Komitə sədri: Yaşıl enerjiyə keçid yeni peşələr diktə edir
11:24
27 may 2024