Sahib Məmmədov: Azərbaycana COP29-la bağlı beynəlxalq təşkilatlardan dəstək müraciətləri daxil olur

Sahib Məmmədov: Azərbaycana COP29-la bağlı beynəlxalq təşkilatlardan dəstək müraciətləri daxil olur
# 08 aprel 2024 11:25 (UTC +04:00)

COP29 çərçivəsində “yan tədbirlər”in təşkili, birgə təşəbbüslərin irəli sürülməsi, təşəbbüslərin konsepsiyasının hazırlanmasında və region ölkələri ilə razılaşdırılmasında dəstək, bilik və bacarıqların artırılması, karbon vergisi və karbon ticarəti üzrə təcrübələrin bölüşdürülməsi, yaşıl istiqrazların dövriyyəyə buraxılışı istiqamətlərində dəstəyin göstərilməsi məqsədilə beynəlxalq təşkilatlardan və şirkətlərdən çox saylı müraciətlər daxil olur.

APA-Economics” xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

“Azad edilmiş torpaqlarımızın reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb”- nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR