Azərbaycanda səyyar sosial xidmətlər göstəriləcək

Azərbaycanda səyyar sosial xidmətlər göstəriləcək
# 17 dekabr 2019 13:28 (UTC +04:00)

"Azərbaycanın demək olar bütün bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir. Onlara təxminən 1500 şəxs cəlb olunub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, il ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir: "Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".

A. Kərimov deyib ki, sosial müəssisələr vasitəsilə il ərzində təxminən 15 min vətəndaşa stasionar xidmət göstərilir: "Eyni zamanda sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaşlar var. Düşünürük ki, bir çox xidmətlərimiz özündə səyyar xidmətləri ehtiva edir. Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar vasitə ilə göstərilməsini təkmilləşdirilmək və yeni modelin tətbiqinə başlamaq istəyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR