Yaponiya Baş naziri COP29-a dəvət olunub

Yaponiya Baş naziri COP29-a dəvət olunub
# 24 may 2024 10:24 (UTC +04:00)

Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri barədə yaydığı məlumatda qeyd olunub.

“Nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib”, məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR