İtaliya səfiri: Azərbaycan COP29-da uğurları ilə yadda qalacaq

İtaliya səfiri: Azərbaycan COP29-da uğurları ilə yadda qalacaq
# 24 iyun 2024 20:01 (UTC +04:00)

Əminik ki, Azərbaycan COP29-da uğurları ilə yadda qalacaq.

APA xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.

Diplomat vurğulayıb ki, İtaliya və Azərbaycan arasında intensiv siyasi dialoq mövcuddur. "İki ölkə arasında münasibətlər həm də xalqlarımız arasında dostluğa əsaslanır".

Səfir deyib ki, İtaliya və Aİ-nin Azərbaycanla enerji sektorunda əməkdaşlığının böyük strateji əhəmiyyəti var.

"Biz Aİ üçün strateji əhəmiyyətə malik Cənubi Qafqaza sülh və firavanlıq diləyirik".

Diplomat Azərbaycan və İtaliya arasında mədəni, təhsil, humanitar sahədə əlaqələri vurğulayıb.

"Bu il Azərbaycan COP29-a, İtaliya isə G7-yə sədrlik edir. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar təqdim edir. Biz bu beynəlxalq tədbirdə Azərbaycanın uğurları ilə yadda qalacağına inanırıq", - İtaliyalı səfir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR