Bank Of Baku

Bakı Limanında gübrə yüklərinin aşırılması üzrə imkanlar genişləndiriləcək

Bakı Limanında gübrə yüklərinin aşırılması üzrə imkanlar genişləndiriləcək
# 06 oktyabr 2026 15:30 (UTC +04:00)

Bakı Limanının konteyner gücü hazırda 150 min TEU təşkil edir. Birinci mərhələdən əvvəl bu göstərici 100 min TEU olub. Yaxın gələcəkdə isə gücün 260 min TEU-ya çatdırılması planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bu barədə Bakı Limanının müşaviri Xudayar Həsənli “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, ikinci mərhələdə Bakı Limanının ümumi yükaşırma gücünün 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Xudayar Həsənli qeyd edib ki, Bakı Limanından keçən marşrutlar Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Qərb istiqamətini, həmçinin Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan istiqamətini əhatə edir:

“Ötən il Bakı Limanında yükdaşımaların əhəmiyyətli hissəsi Türkmənistan limanlarından daxil olub. Hazırda əsas diqqət Mərkəzi Asiyadan gələn yüklərin, o cümlədən gübrənin daşınmasına yönəlib. Limanda ümumi yüklərin və gübrənin aşırılması üzrə imkanların genişləndirilməsi planlaşdırılır. Məqsəd Mərkəzi Asiyadan gələn yüklərin həcmini artırmaq və Bakı Limanının regionun əsas logistika mərkəzlərindən biri kimi rolunu gücləndirməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR