Paşha Bank
Bank Of Baku

Orta Dəhlizdə yeni konteyner gəmilərinin istismara verilməsi gözlənilir

Orta Dəhlizdə yeni konteyner gəmilərinin istismara verilməsi gözlənilir
# 21 oktyabr 2026 13:11 (UTC +04:00)

Xəzər dənizində Orta Dəhliz üzrə konteyner daşımalarının genişləndirilməsi məqsədilə yeni, daha böyük tutumlu gəmilərin istismara verilməsi gözlənilir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Ekspeditor Şirkətləri Assosiasiyasının İdarə Heyəti sədrinin müavini Elmir Poladov Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda Xəzərdə bərə və Ro-Ro gəmiləri ilə yanaşı, kiçik konteynerdaşıyan gəmilər də fəaliyyət göstərir.

E. Poladov qeyd edib ki, daha böyük tutumlu yeni konteyner gəmiləri inşa olunur və onların 2027-ci ildə istismara verilməsi gözlənilir.

O bildirib ki, Orta Dəhlizdə digər infrastruktur layihələri də həyata keçirilir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb, Ələt limanının genişləndirilməsi davam edir.

Bundan əlavə, Azərbaycanda yükdaşımalarla bağlı prosedurların sadələşdirilməsi üçün milli “bir pəncərə” sisteminin yaradılması istiqamətində iş aparılır.

Assosiasiya rəsmisi vurğulayıb ki, əsas məqsəd bu yenilikləri vahid sistemdə birləşdirərək yük sahibləri üçün Orta Dəhliz boyunca fasiləsiz və proqnozlaşdırıla bilən daşımaları təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR