Bank Of Baku

Masallı polisi keçmiş məhkumdan külli miqdarda narkotik götürüb - FOTO - VİDEO

Masallı polisi keçmiş məhkumdan külli miqdarda narkotik götürüb - FOTO - VİDEO
# 20 mart 2019 02:36 (UTC +04:00)

Masallıda keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə tapılıb.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən Masallı rayon sakini Vüqar Yusifovun evində əməliyyat-axtarış tədbirləri keçirilib.

V.Yusifovun evindən bir ədəd narkotik vasitə olan metadon, bir ədəd psixotrop maddə olan metamfetamin, 2 bükümdə təmiz çəkiləri 0,405 qram olan, kustar üsulla hazırlanmış heroin, 9 bükümdə və bir bükülüdə ümumi çəkiləri 1 kiloqram 464,620 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb və sözügedən şəxsin barəsində Masallı Rayon Məhkəməsi tərəfindən həbs qət-imkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR