Bank Of Baku

Bakıda avtomobil dəmir yol ayrıcısına çırpılıb, 1 nəfər ölüb

Bakıda avtomobil dəmir yol ayrıcısına çırpılıb, 1 nəfər ölüb
# 26 aprel 2018 20:37 (UTC +04:00)

Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində  ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR