Bank Of Baku

Hitachi Rail rəsmisi: Azərbaycan regional nəqliyyat əlaqələrinin inkişafında mühüm tərəfdaş ola bilər

Hitachi Rail rəsmisi: Azərbaycan regional nəqliyyat əlaqələrinin inkişafında mühüm tərəfdaş ola bilər
# 23 noyabr 2026 13:16 (UTC +04:00)

Azərbaycan regional nəqliyyat əlaqələrinin inkişafında mühüm tərəfdaş ola bilər.

APA xəbər verir ki, bunu “Hitachi Rail Italia” şirkətinin Cənubi və Qərbi Avropa bazarları üzrə baş vitse-prezidenti Barbara Ferrari Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunun “Gələcəyin bağlantısı: regional inteqrasiya üçün nəqliyyat, logistika, şəhərsalma və iqtisadi dəhlizlər” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, müasir nəqliyyat infrastrukturu yalnız fiziki bağlantıların yaradılması ilə məhdudlaşmır, həmçinin rəqəmsal texnologiyaların və inteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqini tələb edir.

Barbara Ferrari qeyd edib ki, “Hitachi Rail” dəmir yolları, metro və digər nəqliyyat sistemləri üçün siqnalizasiya, rəqəmsal texnologiyalar, nəqliyyat vasitələri və xidmətlər təqdim edən qlobal şirkətdir.

Ferrari vurğulayıb ki, qlobal təcrübəyə və müasir texnologiyalara malik İtaliya şirkətləri Azərbaycanla bu istiqamətdə əməkdaşlıq edə bilərlər.

O əlavə edib ki, nəqliyyat sistemlərinin layihələndirilməsindən tikintisinə, inteqrasiyasından istismarına qədər bütün mərhələləri əhatə edən yanaşma yeni nəqliyyat və bağlantı imkanlarının inkişafına, həmçinin sistemlərin səmərəliliyinin artırılmasına töhfə verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR