Paşha Bank
Bank Of Baku

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımaları 55% artıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımaları 55% artıb
# 16 noyabr 2026 11:20 (UTC +04:00)

Bu ilin iyunun 20-dən oktyabrın 31-dək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55% artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Məlumata əsasən, cari ilin yanvar-oktyabr aylarında Gürcüstanın dəmir yolu nəqliyyatı sektorunda rekord göstəricilər qeydə alınıb. Hesabat dövründə dəmir yolları ilə 12,4 milyon ton yük daşınıb ki, bu da illik nisbətdə 13% artım deməkdir. Bu göstərici son 12 ilin tarixi maksimumu hesab olunur.

Bildirilir ki, ilk 10 ayda konteyner daşımaları isə 17% artıb.

Qeyd edək ki, BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra bu ilin iyunun 2-də tam istismara verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR