Bank Of Baku

Natali Muravidze: AYİB Azərbaycanda dəniz nəqliyyatına investisiyaları genişləndirməyi planlaşdırır

AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze

© APA | AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze

# 21 oktyabr 2026 12:27 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda dəniz nəqliyyatı sektoruna investisiyalarını gələcəkdə genişləndirməyi planlaşdırır.

“APA-Economics” xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, dayanıqlı nəqliyyatın və regional bağlantıların dəstəklənməsi bankın 2025-ci ildə təsdiqlənmiş, dörd ili əhatə edən Azərbaycan üzrə ölkə strategiyasının əsas istiqamətlərindəndir.

N. Muravidze qeyd edib ki, AYİB Orta Dəhlizin maliyyələşdirilməsinə bu marşrut beynəlxalq səviyyədə geniş maraq doğurmazdan xeyli əvvəl başlayıb.

O bildirib ki, bank Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin quru yük gəmiləri almasını maliyyələşdirib. Həmin gəmilər beynəlxalq sularda fəaliyyət göstərməklə yanaşı, Orta Dəhliz üzrə daşımaların təmin edilməsinə də xidmət edir.

“Gələcəkdə müvafiq imkanlar yarandıqca dəniz nəqliyyatına investisiyalarımızı genişləndirməyi planlaşdırırıq”, – deyə AYİB rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR