Paşha Bank
Bank Of Baku

Nazir müavini: Bakı Limanının genişləndirilməsi üzrə Almaniya şirkəti ilə əməkdaşlıq müzakirə olunur

Nazir müavini: Bakı Limanının genişləndirilməsi üzrə Almaniya şirkəti ilə əməkdaşlıq müzakirə olunur
# 06 oktyabr 2026 14:34 (UTC +04:00)

Beynəlxalq tərəfdaşlar növbəti mərhələyə, o cümlədən Bakı Limanının genişləndirilməsinə böyük maraq göstərirlər.

“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.

“Məmnuniyyətlə bildirirəm ki, əməkdaşlıq modeli alman şirkəti ilə də müzakirə olunur. Bu məqam məni alman və avropalı tərəfdaşlarımız üçün ikinci məsələyə gətirir. Hazırda konteynerlərin əksəriyyəti yalnız bir istiqamətdə – şərqdən qərbə doğru daşınır. Lakin dəhlizin tam potensialına çatması üçün hər iki istiqamətdə yük axınının olması lazımdır. Dünyanın aparıcı ixracatçılarından biri kimi Almaniya burada mühüm fərq yarada bilər. Alman şirkətlərini Orta Dəhlizin növbəti mərhələsində yük sahibləri, logistika operatorları, texnologiya təminatçıları və investorlar qismində görməkdən məmnun olarıq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR