Bank Of Baku

Binəqədidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı iməcilik keçirilib

Binəqədidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı iməcilik keçirilib
# 07 may 2018 10:31 (UTC +04:00)

Binəqədi rayonunda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş  iməcilik keçirilib.

 

Aksiya Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, rayon ərazisində fəaliyyət göstərən sahibkarların, bələdiyyələrin, eləcə də orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin təşkilatçılığı ilə baş tutub. Ümumilikdə Binəqədi rayonu ərazisində bələdiyyələrin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gənclərinin, orta ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə 5000-dən çox ağac və gül kolları əkilib, eyni zamanda ərazidəki divarlar rənglənib.

 

Daha sonra 30 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə flaşmob keçirilib, 6 №-li Uşaq və gənclərin inkişaf mərkəzinin rəqs kollektivinin ifasında müxtəlif rəqs nümunələri nümayiş etdirilib. Daha sonra aksiya iştirakçıları tərəfindən tort kəsilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR