DSMF: Azərbaycanda 11 100 sığortaedən hesabatını elektron formada təqdim edib

DSMF: Azərbaycanda 11 100 sığortaedən hesabatını elektron formada təqdim edib
# 08 aprel 2014 08:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Ölkə üzrə 11 100 sığortaedən hesabatını elektron formada DSMF-yə təqdim edib".

Bunu jurnalistlərə açıqlamasında DSMF-nin maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu deyib.

O bildirib ki, bundan sonra sığortaedənlər hesabatlarını DSMF-yə elektron formada təqdim edəcəklər: "Onların özləri də bu sistemdə maraqlıdırlar. Bu məqsədlə biz bütün rayon şöbələrində "yardım masaları" yaratmışıq. Hər gün kifayət qədər sığortaedən öz hesabatını elektron formada təqdim edir. Hazırda bütün ölkə üzrə iri və orta sığortaedənlərdən hesabatlar tam elektron formada təqdim olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR