CAR-ın “Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” təşkilatları arasında anlaşma memorandumu imzalanıb - FOTO

CAR-ın “Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” təşkilatları arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 03 fevral 2014 13:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Cənubi Afrika Respublikası və Xorvatiyada fəaliyyət göstərən səfirliklərinin dəstəyi ilə CAR-ın “Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” adlı təşkilatlar arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən məlumata görə, yanvarın 31-də imzalanmış memorandumun imzalanmasında əsas məqsəd hər iki təşkilat arasında əlaqələrin intensiv inkişaf etdirməkdir.

Anlaşma Memorandumu Xorvatiya Dostluq İcmaları Birliyinin prezidenti Andriya Karafilipoviç və CAR-da Azərbaycan Dostları təşkilatının yaradıcılarından biri Ceyms Dey tərəfindən Zaqreb şəhərində imzalanıb.

Anlaşma memorandumu cəmiyyətlərlə Azərbaycan arasında olan əlaqələrdə əsas diqqəti aşağıdakı sahələrə yönəldəcək:

Ölkələrarası səfərlər

Elm, iqtisadiyyat, ticarət, texnologiya və mədəniyyət daxil olmaqla bir çox digər sahələr

Yerli hökumətlə əlaqələr

Sosial təminatlı fəaliyyət

Sahibkarlar, iş adamları, iqtisadçılar, müəllimlər, texnoloqlar, həkimlər, elm xadimləri, jurnalistlər, yazıçılar, incəsənət nümayəndələri və digər mütəxəssislərin səfərlərinin mübadiləsi

Nəşrlərin mübadiləsi və birgə nəşrlər

Akademik proqramların yaradılması

Təşkilatların fəaliyyəti və həmçinin Azərbaycanın yerli və beynəlxalq mediada təqdim edilməsi

Turizmin təqdimatı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR