Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək

Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək
# 25 aprel 2014 03:27 (UTC +04:00)

Bakı-APA. Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Viktoriya Sümar bildirib.

“Xüsusi əməliyyat davam etdiriləcək. O bir neçə mərhələdə həyata keçiriləcək. Biz onları açıqlaya bilmərik. Bugünkü əməliyyat bu mərhələlərdən biri olub. Bu mərhələdə qarşıya qoyulan vəzifə həll olunub”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR