Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - VİDEO

Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 08:46 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 13-də saat 8:30 radələrində Ələt-Astara şose yolunun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan iki minik avtomobili qarşı-qarşıya gələrək bir-biri ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil ciddi zədələnib, sərnişinlərdən bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR